BAKI, 12 oktyabr. TELEQRAF
Kanada ABŞ-yə neft və dizel yanacağının ixracını maksimum səviyyəyə çatdırmaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karninin ofisi məlumat yayıb.
Bildirilib ki, Mark Karni ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
“Biz ABŞ-yə neft və dizel yanacağı ixracını mümkün qədər artırmaq istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, – Baş nazirin ofisinin açıqlamasında qeyd olunub.
Xatırladaq ki, Karni daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ və Rusiya arasında dizel yanacağının tədarükünə dair razılaşmanı müzakirə edib.