BAKI, 12 oktyabr. TELEQRAF
Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Aleksandr Pavloviç bir neçə Avropa nəhənginin diqqət mərkəzinə düşüb.
Teleqraf xəbər verir ki, İspaniyanın “Real Madrid”, Fransanın PSJ, İngiltərənin “Mançester Yunayted” və “Mançester Siti” klubları 22 yaşlı futbolçunun transferində maraqlıdır.
Məlumata əsasən, “Mançester Siti” rəhbərliyi almaniyalı yarımmüdafiəçinin keçidi üçün 100 milyon avro ödəməyə hazırdır.
Pavloviç 2023-cü ilin noyabrından “Bavariya”nın formasını geyinir. Futbolçunun Münhen klubu ilə müqaviləsi 2029-cu il iyunun sonunadək qüvvədədir.
22 yaşlı oyunçunun bazar dəyəri 90 milyon avro qiymətləndirilir.