BAKI, 12 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsində səfərdə olan Belçika Kralı Filip və Kraliça Matilda ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Dünən Qazaxıstana gələn kral və kraliçanın səfəri oktyabrın 14-dək davam edəcək.

Prezident Qasım-Jomart Tokayev, Kral Filip və Kraliça Matilda Qazaxıstan-Belçika Biznes Şurasının 4-cü iclasında və iki ölkənin Ali Təhsil Müəssisələri Rektorlarının Forumunda, eləcə də digər tədbirlərdə iştirak edəcək.

Səfərin yekunları üzrə Birgə Bəyanat qəbul olunacaq və bir sıra sənədlər imzalanacaq.