BAKI, 12 oktyabr. TELEQRAF
2026-cı ilin yanvar-avqust aylarında isə bu göstərici təxminən 760 milyon dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% artım deməkdir.
Teleqraf xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Yusif Abdullayev Azərbaycan-Çexiya Biznes Forumunda çıxışında deyib.
Y.Abdullayev xatırladıb ki, 2025-ci ildə isə Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsi 800 milyon dolları ötüb.
O qeyd edib ki, xam neft Azərbaycanın Çexiya bazarına əsas ixrac məhsulu olaraq qalır:
“2026-cı ilin ilk səkkiz ayında xam neft ixracının dəyəri 700 milyon dollardan bir qədər çox olub. Bu, 9,1% artım deməkdir. Eyni zamanda, qabığı təmizlənmiş fındıq ixracı 43%-dən çox artıb, qablaşdırma üçün kisə və torbaların ixracında da müsbət artım qeydə alınıb.
Çexiya Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir. 2026-cı ilin ilk səkkiz ayında Çexiya Azərbaycanın əsas ticarət tərəfdaşları arasında səkkizinci yerdə qərarlaşıb və ölkəmizin əsas ixrac istiqamətlərindən biri olub. Bununla yanaşı, Azərbaycan ixracının Çexiya bazarında daha da şaxələndirilməsi üçün yaxşı potensial mövcuddur”.