BAKI, 4 iyul. TELEQRAF

Azərbaycan və Səudiyyə Ərəbistanı dənizçilik sahəsindəki sertifikatları qarşılıqlı şəkildə tanıyacaq.

Teleqraf xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Müzakirələrdən sonra sözügedən məsələ səsə qoyularaq qəbul edilib.