BAKI, 4 iyul. TELEQRAF

Parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Teleqraf xəbər verir ki, iclasda hökumət üzvləri, dövlət rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, ötən il büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,5%, proqnozdan isə 2,1% çoxdur.

Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,4% çox, proqnozdan isə 5,1% azdır. Büdcə kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4%-ni təşkil edib.

Yekunda layihə səsə qoyularaq son oxunuşda qəbul edilib.