BAKI, 27 may. TELEQRAF
2024-cü il dövlət büdcəsindən funksional təsnifata uyğun olaraq elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə üst-üstə sifarişçi təşkilatların xərc sifarişlərinə əsasən 11 milyard 64 milyon 100 min manat məbləğində vəsait sərf edilib.
Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış 471,3 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə dövlət büdcəsi xərclərinin 30,6 faizi həcmində və ya 11 milyard 535 milyon 400 min manat məbləğində vəsait sərf olunmuşdur ki, bu da 2023-cü illə müqayisədə 259,4 milyon manat və ya 2,3 faiz çoxdur.
