BAKI, 26 oktyabr. TELEQRAF
"VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çərçivəsində Şuşa və Xankəndi şəhərlərinə səfərlər nəzərdə tutulub. Səfərin məqsədi xarici iştirakçıları işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri ilə əyani şəkildə tanış etməkdir".
Bunu Teleqraf-a açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
O bildirib ki, dağıdılmış mədəni irsin, maddi-mədəniyyət nümunələrinin və tarixi abidələrin bərpası, eləcə də həmin ərazilərdə mövcud olmuş adət-ənənələrin dirçəldilməsi əsas prioritetlərdəndir:
"Azərbaycan bu sahədəki təcrübəsini beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışır və forum iştirakçılarının görülən işlərlə yerində tanış olması xüsusi əhəmiyyət daşıyır".
