BAKI, 26 oktyabr. TELEQRAF

Niderland Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir.

Teleqraf xəbər verir ki, bunu Niderlandın xarici işlər naziri Tom Berendsen azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

“Sülhün əldə olunması iqtisadi imkanların reallaşmasına və bütün ölkələr üçün fayda əldə edilməsinə şərait yarada bilər”, - nazir qeyd edib.