BAKI, 26 oktyabr. TELEQRAF

Niderlandın xarici işlər naziri Tom Berendsen Yaxın Şərqdə baş verən hadisələr zamanı ölkəsinin vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirlik əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Teleqraf xəbər verir ki, bu barədə nazir bu gün Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında bildirib.

T.Berendsen qeyd edib ki, niderlandlı diplomatlar Azərbaycan səfirliyinə sığınıblar.

O, bu dəstəyə görə Azərbaycan tərəfinə dərin minnətdarlığını ifadə edib.