BAKI, 26 oktyabr. TELEQRAF
Niderland və Azərbaycan arasında 2026–2028-ci illər üzrə əməkdaşlığa dair “Yol xəritəsi” qəbul edilib.
Teleqraf xəbər verir ki, sənəd Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun niderlandlı həmkarı Tom Berendsenlə görüşü zamanı qəbul edilib.
Nazirlər Azərbaycan-Niderland münasibətlərinin inkişafına dair 2026–2028-ci illər üzrə “Yol Xəritəsi”nin qəbul edilməsini ikitərəfli əməkdaşlığın irəlilədilməsi baxımından mühüm çərçivə kimi qiymətləndiriblər.