BAKI, 26 oktyabr. TELEQRAF

27-29 oktyabr tarixlərində Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna 500-dən çox iştirakçının qatılacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bunu Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

O bildirib ki, forum 2008-ci ildə başlanmış bir prosesdir və bu təşəbbüs Prezident İlham Əliyev tərəfindən irəli sürülüb:

"İndiyə kimi 6 istiqamət üzrə forumlar həyata keçirilib, bu il 15-ci ilini qeyd edirik. Forum daha çox hökumətləri, eləcə də qeyri-hökumət təşkilatlarını əhatə edir. Bu, dini rəhbərlərin də maraq dairəsindədir.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mövzusu parçalanmış dünyada körpülərin qurulmasına xidmət edir. Burada fərqli cəmiyyətlər baxımından dəyərləri bir araya gətirib, onun çıxış yolu üçün həll yolları axtarılır. Beynəlxalq tərəfdaşlarımızla sıx əlaqədəyik.