BAKI, 26 oktyabr. TELEQRAF
Niderland Azərbaycanla əməkdaşlığı gücləndirmək istəyir.
Teleqraf xəbər verir ki, bunu Niderlandın xarici işlər naziri Tom Berendsen azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Azərbaycan Niderland üçün regionda mühüm tərəfdaşdır:
“Niderland Azərbaycanı regionda vacib tərəfdaş hesab edir. Buna görə də sizinlə əməkdaşlığı gücləndirmək istəyirik. İqtisadiyyat, siyasət, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsindən məmnunam”.