BAKI, 26 oktyabr. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov niderlandlı həmkarı Tom Berendsena Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə məlumatlandırıb.

Teleqraf xəbər verir ki, bunu Ceyhun Bayramov Bakıda Tom Berendsenla keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Cənubi Qafqazda baş verən proseslər, sülh gündəliyi, növbəti atılması tələb olunacaq addımlar barəsində fikir mübadiləsi apardıq”, - nazir vurğulayıb.