BAKI, 26 oktyabr. TELEQRAF
Niderland Azərbaycanın minalardan təmizlənməsi işinə dəstək göstərə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
“Niderlandın bir sıra ölkələrdə minatəmizləmə sahəsində fəaliyyət göstərən şirkətləri var. Onların Azərbaycanın mina probleminin həllinə dəstək göstərmək imkanları nəzərdən keçirilə bilər”, - o qeyd edib.