BAKI, 26 oktyabr. TELEQRAF

Niderland Azərbaycan və Ermənistan münaqişəsində həlak olanların qalıqlarının identifikasiyası üçün maliyyə yardımı ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, maliyyə yardımı İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) vasitəsilə təqdim olunacaq:

“Niderland Azərbaycan və Ermənistan xalqları arasında qarşılıqlı anlaşmaya kömək etmək məqsədilə etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirləri dəstəkləyir. Bu çərçivədə həlak olanların qalıqlarının identifikasiyasına və onların dəfn yerlərinin müəyyənləşdirilməsinə yardım göstərmək üçün İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya vasitəsilə yeni maliyyə yardımı ayrıldığını elan etdim”.