BAKI, 26 oktyabr. TELEQRAF
Niderlandın xarici işlər naziri Tom Berendsen bu gün Prezident İlham Əliyevlə görüşüb.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov niderlandlı həmkarı ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, son illər Azərbaycan-Niderland dialoqu inkişaf edir, yüksək səviyyəli təmaslar və siyasi məsləhətləşmələr keçirilir:
“İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi gələn il qeyd olunacaq”.
Ceyhun Bayramov Azərbaycan-Niderland əməkdaşlığının inkişafına dair “Yol Xəritəsi”nin qəbul edilməsini mühüm irəliləyiş adlandırıb.