BAKI, 26 oktyabr. TELEQRAF

Azərbaycan və Niderland arasında ticarət dövriyyəsi 2025-ci ildə 500 milyon dollar təşkil edib.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov niderlandlı həmkarı Tom Berendsenlə bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, mövcud ticarət göstəriciləri iki ölkənin potensialını tam əks etdirmir:

“İndiyədək Azərbaycandan Niderlanda 1,3 milyard dollar, Niderlanddan isə Azərbaycana 6,7 milyard dollar investisiya yatırılıb”.

Nazir enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, yüksək texnologiyalar, su və tullantıların idarə edilməsi sahələrində əməkdaşlıq imkanlarının müzakirə olunduğunu vurğulayıb.