BAKI, 26 oktyabr. TELEQRAF
Yolu azaraq Ermənistan ərazisinə keçən Azərbaycan vətəndaşı Qasımov Yaşar Əli oğlu oktyabrın 24-də ölkəmizə qaytarılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xatırladaq ki, Tovuz rayonunun Çatax kənd sakini Qasımov Yaşar oktyabrın 21-də yolunu azaraq Ermənistan ərazisinə keçmişdi.