BAKI, 26 oktyabr. TELEQRAF

"VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu rəsmən sabah işə başlayır".

Teleqraf xəbər verir ki, bunu Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad deyib.

"Forumda böyük miqyasda dünyanın fərqli nöqtələrini bir araya gətirməsi baxımından üç komponent var. Bunlardan biri “Dialoq – ortaq gələcəyə aparan yol xəritəsi”dir. Bu forumda ekspertlərimiz dini tolerantlıq zəminində çıxışlar edəcək. Dini dialoqun vacib rolunu qlobal problemlərə çözüm kimi təqdim edəcəyik", - deyə Nihal Saad deyib.

O bildirib ki, foruma BMT-nin Sivilizasiyalar Alyansına üzv olan bölgələrdən 60-dan çox gənc dəvət edilib.