BAKI, 26 oktyabr. TELEQRAF

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral vəzifəsindən istefa verdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, istefasını sosial şəbəkə hesabında elan edib.

Saral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla eyni inam və qətiyyətlə yoluna davam edəcəyini də vurğulayıb:

“Bu gün, 2016-cı ildən bəri böyük şərəf, qürur və məsuliyyətlə icra etdiyim Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsindən istefamı təqdim etmişəm”.

Xatırladaq ki, Oqtay Saralın hicab məsələsi ilə bağlı Azərbaycan əleyhinə verdiyi açıqlama Bakıda ölkənin daxili işlərinə müdaxilə kimi qəbul edilmişdi. Bundan sonra Azərbaycanın Türkiyədən onun vəzifədən uzaqlaşdırılmasını tələb etdiyi barədə KİV-də iddia yayılmışdı.