BAKI, 26 oktyabr. TELEQRAF

Azərbaycanda 150 Niderland şirkəti qeydiyyatdan keçib və ölkəmizdə mühüm sahələrdə fəaliyyət göstərir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov niderlandlı həmkarı Tom Berendsenlə bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, niderlandlı həmkarı bu gün həmin şirkətlərin nümayəndələri ilə də görüşəcək.