BAKI, 15 may. TELEQRAF

Müxalif "+Avropa" partiyasından olan italiyalı deputat Rikkardo Maci ölkənin Baş naziri Corciya Melonini qorxutmaq üçün parlamentin iclasına kabus görkəmində gəlib.

Teleqraf xəbər verir ki, bu barədə yerli “Agenzia Nova” nəşri məlumat yayıb.

Başına ağ mələfə keçirən siyasətçi Meloninin çıxışını pozmağa çalışıb. Rikkardo Maci baş nazirin tribunasına yaxınlaşaraq, vətəndaşlıq və əmək qanunvericiliyi ilə bağlı iyun ayında keçirilməsi planlaşdırılan referendumla əlaqədar ona etirazını bildirib.

Bundan sonra Maci zaldan çıxarılıb. Corciya Meloni isə baş verənləri gülümsəyərək izləyib və deputatı telefonla çəkib.