BAKI, 2 noyabr. TELEQRAF

Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə əlavə polis qüvvələri yerləşdirib.

Teleqraf xəbər verir ku, Polşa polisinin baş komandanı Marek Boron RMF FM radiostansiyasının efirində bildirib: "Polis Kalininqrad vilayəti ilə sərhəddə təhlükəsizliyi təmin edir və bu, təxribata səbəb ola bilər. Buna görə də, sərhəd bölgəsinə bir neçə voyevodluğun polis şöbələrindən əlavə qüvvələr gəldi".

Bundan əvvəl Varşavadakı Rusiya səfirliyi Polşa informasiya məkanında militarist ritorikanın, o cümlədən "mümkün təxribat aktları" iddialarının əhəmiyyətli dərəcədə artdığını qeyd etmişdi .