BAKI, 2 noyabr. TELEQRAF
Rusiya Federasiyası İşgəncələrin və qeyri-insani, ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması haqqında Avropa Konvensiyasında iştirakını hüquqi olaraq dayandırıb.
Teleqraf xəbər verir ki, qərar noyabrın 1-dən qüvvəyə minib.
Rusiya sazişdən çıxmaq barədə rəsmi bildirişi 2025-ci il oktyabrın 30-da göndərib. Konvensiyanın 22-ci maddəsinə əsasən, müqaviləyə xitam verilməsi proseduru bildirişin təqdim edildiyi tarixdən etibarən bir il⁸ çəkir.
Bu addımla Rusiyanın sözügedən sahədə Avropa hüquq mexanizmlərində iştirakı başa çatıb. Ölkə 1998-ci ildə Avropa Şurasına üzv olduğu dövrdə Konvensiyanı ratifikasiya edərək ona qoşulmuşdu.
Sazişdən çıxmaq Avropa İşgəncələrin Qarşısının Alınması Komitəsinin Rusiyadakı azadlıqdan məhrumetmə müəssisələrinə baş çəkmək və saxlanılan şəxslərin şəraitini müstəqil şəkildə yoxlamaq səlahiyyətini tam itirməsi deməkdir.