BAKI, 2 noyabr. TELEQRAF
Polşanın BMT-dəki daimi nümayəndəsi Kşiştof Şerski istefa verib.
Teleqraf xəbər verir ku, bu barədə Polşa prezidentinin beynəlxalq siyasət şöbəsinin müdiri Marçin Pşidaç məlumat yayıb.
"Bu, artıq D.Tusk hökumətinin qanunsuzluqlarını şəxsən təsdiqləmək istəməyən üçüncü yüksək rütbəli diplomatdır (Çin və Rumıniyadakı səfirlərdən sonra). Kontekst göz qabağındadır", - deyə o, Baş nazir və Prezident arasında qarşıdurmanın yaratdığı Konstitusiya Məhkəməsi ətrafındakı vəziyyətdən irəli gələn siyasi böhrana toxunaraq qeyd edib.