BAKI, 2 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ruanda və Cənubi Afrika Respublikasını ABŞ bazarına rüsumsuz ixrac etməyə imkan verən ticarət güzəştləri sistemindən çıxarmaq qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir bildirib.
ABŞ administrasiyası bu addımı Afrika ölkələrinin proqram çərçivəsində öhdəliklərinə riayət etməsinin sonuncu illik qurumlararası icmalından sonra atıb. "İcmalın nəticələrinə əsasən, Prezident Tramp Ruanda və Cənubi Afrika hökumətlərinin təcrübələrinin AGOA-da iştirak meyarlarına cavab vermədiyini müəyyən etdi", - deyə Qir vurğulayıb.
Afrika İnkişafı və İmkanları Qanunu (AGOA) ABŞ Konqresi tərəfindən 18 may 2000-ci ildə qəbul edilib. Onun məqsədi Saharadan cənubda yerləşən Afrika ölkələri ilə ticarəti və onların iqtisadiyyatına investisiyaları artırmaq idi. ABŞ-a ixrac edilən bir çox Afrika malları AGOA çərçivəsində idxal rüsumlarından azaddır. Afrika ölkələrinin AGOA üstünlüklərindən yararlanmaq hüququ müxtəlif siyasi və iqtisadi şərtlərə cavab vermək şərti ilə verilib.