BAKI, 3 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin yaxın vaxtlarda razılaşma yolu ilə həll oluna biləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“İran münaqişənin mümkün qədər tez həllini istəyir. Bu, baş verə bilər!” – Tramp bildirib.

ABŞ Prezidenti dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşmasına da diqqət çəkib.

Onun sözlərinə görə, neftin bir barelinin qiyməti təxminən 10 dollar azalıb və bu, rekord göstəricidir.

“İnsanlar İranla müharibənin olmayacağını düşünürlər”, – deyə Tramp neftin ucuzlaşmasını məhz bu gözləntilərlə əlaqələndirib.

Qeyd edək ki, Tramp daha əvvəl noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində olmadığını bildirib.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə Vaşinqtonla Tehran arasında münaqişənin dayandırılması istiqamətində aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu açıqlayıb.