BAKI, 2 noyabr. TELEQRAF

İranın Sistan və Bəlucistan vilayətində terror aktına cəhdin qarşısı alınıb.

Teleqraf "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qərargahı məlumat yayıb.

Əməliyyat zamanı terrorçulardan biri öldürülüb, bəziləri həbs olunub.