BAKI, 2 noyabr. TELEQRAF

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Moskva digər dövlətlərə hücum etməyi və ya onlara qarşı hibrid müharibələr aparmağı planlaşdırmır.

Teleqraf xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

"Niyə bunu etməliyik? Biz bu və ya digər ölkəni niyə məhv etməliyik. Allah eləməsin ki, Rusiyanın sizə qarşı hibrid müharibəyə başladığı günə qədər yaşayasınız. Sülh içində yaşayın, bizə hücum etməyə ehtiyac yoxdur, biz heç kimə hücum etməyəcəyik", - deyə Şoyqu əlavə edib.