BAKI, 2 noyabr. TELEQRAF

Livanın paytaxtı Beyrutun şərqində pirotexniki vasitələrin istehsal olunduğu qnbarda partlayış olub.

Teleqraf xəbər verir ki, hadisə paytaxtın şərqindəki Metn rayonunun Curət əl-Bəlut qəsəbəsində qeydə alınıb.

Partlayışdan sonra baş verən yanğın nəticəsində ətrafdakı binalar alovlanıb.

Yanğın söndürülüb.

Xəsarət alanlar və dəymiş ziyanın miqyası barədə məlumat verilməyib.