BAKI, 3 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp inanır ki, İran və ABŞ Yaxın Şərqdə hərbi əməliyyatlara son qoymağa imkan verən razılığa gələ bilərlər.
Teleqraf xəbər verir ki, Amerika lideri Vaşinqtonda çıxışı zamanı İran məsələsində asanlıqla qalib gəldiklərini deyib.
"Və onlar razılaşmaq istəyirlər. Və bu, baş verə bilər", - deyə Tramp ətraflı məlumat vermədən bildirib.