BAKI, 9 fevral. TELEQRAF

Amerikalı milyarder iş adamı İlon Mask Çinin "TikTok" şəbəkəsini almaq fikrində olmadığını bir daha açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə "TikTok"un Amerikadakı gələcək fəaliyyəti ilə bağlı aparılan müzakirələrdə çıxışı zamanı bildirib.

İlon Mask "TikTok"u almaq fikrində olmadığını və bu sosial şəbəkədən istifadə etmədiyini bildirib.

"Düşünürəm ki, "TikTok"a sahib olsaydım, alqoritmin nə qədər zərərli və ya faydalı olduğunu müəyyən edərdim. Daha faydalı və səmərəli olması üçün onu dəyişdirməyin yollarını axtarardım", - o deyib.