BAKI, 15 noyabr. TELEQRAF
"Mövcud vəziyyət davam etdiyi müddətdə İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik".
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında deyib.
O bildirib ki, danışıqlar mərhələsində AEBA-nın təminatı altında olan nüvə obyektlərinə ABŞ və İsrail tərəfindən zərbələr endirilib, lakin agentlik, onun Rəhbərlər Şurası və baş direktoru bu faktı görməzdən gəlirlər.
Diplomat həmçinin İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NSYM) iştirakçısı olaraq qaldığını və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini qeyd edib.