Dünyanın ən yaşlı pişiyi İngiltərədə ölüb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən yaşlısı hesab edilən Rozi adlı pişik 33 yaşında ölüb .

Ev heyvanının sahibi pişiyi 90-cı illərdə sığınacaqdan övladlığa götürüb.

Qeyd edilir ki, heyvanın yaşı 152 insan yaşına uyğundur. "Dünyanın ən yaşlı pişiyi" adı ona qeyri-rəsmi olaraq verildi, çünki keçən il onun sahibi Ginnesin Rekordlar Kitabının nümayəndəsinin müvafiq ərizə təqdim etmək təklifindən imtina etdi.