Qətər hökuməti qara asfalt örtüyünün əks etdirdiyi yüksək temperaturun qarşısını almaq üçün qeyri-adı sınağa əl atıb.
Teleqraf.com xəbər verir ki, hökumət yapon şirkəti ilə əməkdaşlıq edərək Doha küçələrinin asfaltını mavi rəngə boyamağa başlayıb.
Əgər bu eksperiment baş tutsa, asfaltın temperaturunun 15-20 dərəcə aşağı düşəcəyi gözlənilir.
"Qara asfltın temperaturu faktiki göstəricidən 20 dərəcə artıqdır. Çünki qara rəng işıq şüalarını udur", - deyə layihənin mühəndisi Səad əl-Doseri qeyd edib.
Eksperiment Abdullah bin Casim küçəsindən başlayıb. Bu ərazidə heç bir yaşıllıq yoxdur, temperatur isə adətən 50 dərəcədən yüksək olur.