BAKI, 22 noyabr. TELEQRAF

Almaniya Silahlı Qüvvələri (Bundesver) 2026-cı il üçün şəxsi heyətin sayına dair 190 min hərbçilik hədəfi vaxtından əvvəl ötüb.

Teleqraf xəbər verir ki, bunu Bundesverin baş komandanı təyin edilmiş quru qoşunlarının inspektoru, general-leytenant Kristian Froydinq "Bild am Sonntag" qəzetinə müsahibəsində bildirib.

2035-ci ilə qədər ordunun sayını 260 min nəfərə çatdırmaq planlarına toxunan K.Froydinq gələn il quru qoşunlarında gənclər üçün 20 mindən çox təlim yerinin açılacağını və batalyonların tərkibində əlavə pilotsuz sistemlər bölüyünün yaradılacağını qeyd edib.

General-leytenant həmçinin Berlinin 2029-cu ildən etibarən Rusiya ilə NATO arasında mümkün hərbi toqquşma ssenarisindən çıxış etmədiyini, lakin qeyri-müəyyən beynəlxalq vəziyyət fonunda tam döyüş hazırlığına sürətlə nail olmağın vacibliyini vurğulayıb.