Türkiyədə ada satılır.

Teleqraf.com xəbər verir ki, Bursanın Karacabey qəsəbəsindəki Uluabat gölündə yerləşən 4.5 hektar sahəsi olan ada sahibi Nedim Bulut tərəfindən satışa çıxarılıb.

Adaya təqribən 5 milyon AZN qiymət qoyulub.

Mülk sahibi 81 ildir onların ailəsinə məxsus olan adanın torpağının çox məhsuldar olduğunu bildirib və burada 500 ədəd zeytun ağacı olduğunu deyib.