BAKI, 27 may. TELEQRAF

2025-ci ilin yanvar-mart ayları ərzində 1 günlük depozit daimi imkan əməliyyatlarının orta günlük həcmi 400.1 milyon manat, 1 günlük əks-repo əməliyyatların orta günlük həcmi isə 692.7 milyon manat olub. 2024-cü ilil müvafiq dövründə 1 günlük depozit əməliyyatlarının orta həcmi isə 1071 mln. manat olub, bu istiqamətdə 62,64% azalma olub.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"nda qeyd edilib.

Qeyd edək ki, 1 günlük depozit daimi imkanları bankların Mərkəzi Bankda qısa müddətlik (1 gün) yerləşdirdikləri vəsaitlərdir. Banklar artıq vəsaitlərini Mərkəzi Bankda saxlayaraq müəyyən faiz əldə edirlər. 2025-ci ilin birinci rübündə bu əməliyyatların orta günlük həcmi 400.1 milyon manat olub.

1 günlük əks-repo əməliyyatları isə Mərkəzi Bankın banklardan qiymətli kağız almaqla həyata keçirdiyi əməliyyatlardır, lakin bu alış müvəqqətidir – müəyyən müddətdən sonra həmin kağızlar geri satılır. Bu bazara pul buraxmaq üçündür. Əlavə edək ki, 2025-ci ilin birinci rübündə bu əməliyyatların orta günlük həcmi isə 692.7 milyon manat olub.

Banklar tərəfindən iş günlərinin 100%-də 1 günlük depozit daimi imkan alətinə, 24%-də isə 1 günlük əks-repo əməliyyatına müraciət olunub.

Bu isə o deməkdir ki, hesabat dövründə olan bütün iş günlərində (100%-də) banklar artıq vəsaitlərini Mərkəzi Bankda 1 günlük depozit kimi yerləşdiriblər. İş günlərinin yalnız 24%-də isə banklar Mərkəzi Bankdan vəsait cəlb etmək üçün əks-repo əməliyyatına müraciət ediblər. Bu, onu göstərir ki, banklar əksər günlərdə əlavə vəsaitə ehtiyac duymayıblar.