BAKI, 5 noyabr. TELEQRAF
Növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin 8 milyard 696,43 milyon manatı əmək pensiyalarının, 280,63 milyon manat isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə yönəldiləcək.
Teleqraf xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Gələn il əmək pensiyalarının ödənilməsi xərcləri əhaliyə ödənişlərin 96,86 faizini təşkil edəcək.
2027-ci ildə əmək pensiyalarının ödənilməsi xərclərinin proqnoz göstəricisi 2026-cı ilin gözlənilən proqnoz göstəricisinə nisbətən 8,46 faiz və ya 676,55 milyon manat çox nəzərdə tutulub.
2027-ci il üzrə proqnozlaşdırılan əmək pensiyalarının ödənilməsi xərclərinin 2026-cı il ilin sonuna uyğun indeksləşdirilməsi nəzərə alınıb.
Əmək pensiyalarının proqnozunun hesablanması zamanı 2026-cı ilin sonuna pensiyaların 663,82 milyon manat artacağı, eləcə də pensiya xərclərinin 2027-ci ildə pensiyaçıların sayının dəyişməsi dinamikası nəzərə alınaraq 2027-ci ildə pensiya xərclərinin 8 milyard 669,43 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.