BAKI, 4 noyabr. TELEQRAF
2026-ci il üzrə Azərbaycanın dövlət büdcəsindən təhlükəsizlik, sosial-iqtisadi və digər tədbirlərin maliyyələşdirilməsi üçün 64,1 milyon manat vəsait nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçürülən ailələrin kommunal xidmətlərdən istifadəsi, həmin ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət sektoru üzrə qeyri-neft-qaz sahələrinə fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar), eləcə də Naxçıvanda ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması üçün dövlət büdcəsindən 22 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.