BAKI, 4 noyabr. TELEQRAF

2027-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 39,4%-i və ya 15 milyard 480 milyon manatı neft-qaz sektorunun, 60,6%-i və ya 23 milyard 774 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.

Teleqraf xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, son beş il ərzində dövlət büdcəsinin gəlirlərinin faktiki icra göstəricilərində qeyri-neft-qaz sektoru üzrə gəlirlərin xüsusi çəkisi 43,3%-dən 51,9%-ə yüksəlib.

Neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 76,9%-i və ya 11 milyard 900 milyon manatını Dövlət Neft Fondundan transfert, 23,1%-i və ya 3 milyard 580 milyon manatını vergi orqanlarının xətti ilə neft-qaz sektorundan daxilolmalar təşkil edir.