BAKI, 4 noyabr. TELEQRAF

Azərbaycanın 2027-ci il üzrə dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 645 milyon manat və ya 1,7%, 2025-ci ilin icrası ilə müqayisədə isə 69,4 milyon manat və yaxud 0,2% çoxdur.

Teleqraf xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Dövlət büdcəsinin xərcləri 42 milyard 400 milyon manat proqnozlaşdırılır ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 696,4 milyon manat və ya 1,7%, 2025-ci ilin icrası ilə müqayisədə isə 3 795,4 milyon manat və ya 9,8% çoxdur.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 146 milyon manat və ya ÜDM-in 2,2%-i səviyyəsində proqnozlaşdırılır.