BAKI, 4 noyabr. TELEQRAF

2027-ci ildə SOCAR tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC üzrə 175 milyon manat dividend ödənişi proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Bununla yanaşı, ilk dəfə dividend ödənişi nəzərə alınmaqla büdcəyə 263 milyon manat daxilolma nəzərdə tutulur. Bu məbləğin 48,8 milyon manatı “Azərgold” QSC, 36,5 milyon manatı “Azərenerji” ASC, 21,3 milyon manatı “Azərsu” ASC, 7,9 milyon manatı “Azərbaycan Dəmir Yolları” QSC, 4 milyon manatı “Azəralüminium” MMC, 3,1 milyon manatı “Azərbaycan İnvestisiya Holdinqi”, 2,4 milyon manatı “Azəristiliktəchizat” ASC, 2,3 milyon manatı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi, 2 milyon manatı “Azərişıq” ASC, qalan 25,8 milyon manatı isə digər dövlət müəssisələrinin payına düşəcək.

2026-cı ildə dividend ödəyicisi olan müəssisələrin sayı 2 olduğu halda, 2027-ci ildə 52 dövlət müəssisəsinin divident ödəməsi nəzərdə tutulur.
Sair daxilolmalar üzrə 484 milyon manat məbləğində vəsait proqnozlaşdırılır ki, bu da cari ilin proqnozundan 143 milyon manat və ya 41,9 faiz çoxdur.