BAKI, 4 noyabr. TELEQRAF

2027-ci ildə Dövlət Turizm Agentliyinə dövlət büdcəsindən ayrılan vəsaitin 25,1 milyon manatı turizm potensialının genişləndirilməsi, marketinq və kommunikasiya planının icrası ilə bağlı xərclərə yönəldilməsi nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, həmin vəsaitin 3,5 milyon manatı xarici televiziya şirkətləri vasitəsilə respublikanın turizm imkanlarının təbliğinə, 13,5 milyon manatı isə turizm sahəsi üzrə digər xərclərə yönəldilməsi proqnozlaşdırılıb.

2027-ci il dövlət büdcəsinin əsas bölmələrə aid edilməyən xərcləri 822,5 milyon manat həcmində proqnozlaşdırılıb.