BAKI, 4 noyabr. TELEQRAF

2027-ci il dövlət büdcəsində əvvəlcədən dövlət büdcəsində nəzərdə tutulmayan bir sıra zəruri xərclərin maliyyələşdirilməsi məqsədilə Azərbaycanın Prezidentinin Ehtiyat Fondu üçün 300 milyon manat, dövlət büdcəsinin ehtiyat fondu üçün 110 milyon manat olmaqla, cəmi 410 milyon manat məbləğində vəsait nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, növbəti ilin dövlət büdcəsində dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi üçün 29,8 milyon manat, ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası xərcləri üçün 1 milyon manat və fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər üçün 20 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.