BAKI. 27 may. TELEQRAF

"Neft emalı zavodunun bağlanmasına görə, təlabatı ödəmək üçün 92 markalı benzini idxal etməli olduq".

Teleqraf xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinin müzakirəsi zamanı deyib.

"Buna səbəb ötən il ölkəmizdə keçirilən beynəlxalq tədbirlərlə bağlı 2 aya yaxın Neft Emalı Zavodunun bağlı olmasıdır. Buna görə də benzini idxal etməli olduq", - deyə nazir qeyd edib.