BAKI, 27 may. TELEQRAF

"Sadələşmiş vergi dərəcələri ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinin müzakirəsi zamanı deyib.

Vergi ödəyicilərinin sadələşmiş vergi dərəcəsi ilə vergi ödəmək üçün 12 aylıq dövriyyənin yüksək həddi 2015-ci ildə 200 min manat müəyyən edildiyini bildirən deputat təklif edib ki, bu hədd qaldırılsın:

“Bunun üzərindən 10 ildən çox vaxt ötüb. Bu müddət ərzində bir necə dəfə devalvasiya baş verib. Odur ki, bu müddətdə inflyasiyaların nəzərə alınaraq sadələşmiş vergi dərəcəsi aid edilmək üçün dövriyyələrin 200 min manat həddinin artırılmasını təklif edirəm”.