BAKI, 27 may. TELEQRAF
2025-ci il mayın 1-i tarixinə hüquqi şəxslərin cəmi depozitləri 4,1% azalaraq dövrün sonuna 21.6 milyard manat təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"nda qeyd edilib.
Bildirilib ki, hüquqi şəxslərin depozitlərində cari hesabların payı dövrün sonunda ilin əvvəli ilə müqayisədə 0,7 faiz bəndi azalaraq 73%, müddətli depozitlərin payı isə 0,7 faiz bəndi artaraq 27% olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hüquqi şəxslərin cəmi depozitləri 1,1% artıb.
Son 1 ildə hüquqi şəxslərin depozitlərində cari hesabların payı 1,6 faiz bəndi azalıb, müddətli depozitlərin payı isə 1,6 faiz bəndi artıb.