BAKI, 27 may. TELEQRAF
Azərbaycanda mayın 1-i tarixinə ölkə üzrə 28 milyard 96 milyon manat məbləğində kredit verilib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.
Ölkədə ən yüksək orta faiz dərəcəsi 19.59% ilə Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb. Burada 191 milyon 991 min manat məbləğində kredit qoyulub.
Mil-Muğan iqtisadi rayonunda 19.44%, Qarabağ iqtisadi rayonunda 19.43%, Lənkəran-Astara iqtisadi rayonunda 19.33%, Şirvan-Salyan iqtisadi rayonunda isə 19.27%-lik orta faiz dərəcəsi ilə kredit verilib.